İşdən çıxarılan generalla bağlı ilginc faktlar: Oğurluqda ittiham olunub...
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi vəzifəsindən azad edilən gömrük general-mayoru Kənan Məmmədovun adı ötən il oğurluq hadisəsində hallanıb.
Qaynarinfo xəbər verir ki, "Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Kənan Məmmədovun ona məxsus malları oğruladığını iddia edib.
Bu hadisə baş verəndə Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsində işləyib.
Ramil Aslanov bu barədə ölkə rəhbərliyinə ünvanladığı müraciətdə bildirib ki, satış üçün Çindən Azərbaycana şüşə qablar gətirib. Kənan Məmmədov isə bu qabların bir hissəsini oğurlayıb.
"Bu il martın 18-də gömrük rəsmiləşdirməsini keçdikdən bir gün sonra Bakıdakı İpək Yolu terminalından "Lion Centre” MMC-nin sistem üzrə qeydiyyatda olduğu anbara boşaldılan mallarıma bir gün sonra Kənan Məmmədov anbara gələrək şəxsən baxış keçirib. Həmin günün səhəri təxminən saat 09:15-də ölkəmizdə elan edilmiş pandemiya qaydalarını kobud şəkildə pozaraq tibbi maskasız anbara gələn Kənan Məmmədov prosessual normalara belə əməl etməyərək, mallardan bir neçəsini heç bir qeydiyyat və sənədləşdirmə olmadan özü ilə aparıb”, deyə şikayətçi müraciətdə qeyd edib.
Kənan Məmmədovun mebel biznesi haqqında da məlumatlar var. Bu məlumatlar general tərəfindən təkzib olunmayıb.
Xatırladaq ki, yayılan məlumatlarda işdən çıxarılan Kənan Məmmədovun DGK-nın yüksək vəzifəli əməkdaşları ilə bağlı başlanan cinayət işinin istintaqına cəlb olunduğu bildirilir. O, bu səbəbdən tutduğu vəzifədən azad edilib. Hazırda gömrük generalı hüquq mühafizə orqanları tərəfindən dindirilir.
Qeyd edək ki, Kənan Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay