Gömrük
24.01.2022 / 20:05
Büdcənin təxminən 16 faizi Gömrük Komitəsi hesabına formalaşacaq
18993
Bu il dövlət büdcəsinin 15,9 faizi Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşacaq.
Bu barədə Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda keçirilən təlimdə Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov deyib.
O bildirib ki, dövlət büdcəsinin gəlirlərinin 47,4 faizinin Dövlət Neft Fondu tərəfindən ayrılan tranfertlər, 32,9 faizinin Dövlət Vergi Xidməti tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. //AzVision.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay