Gömrük
24.01.2022 / 14:07
Karqo şirkətlərindəki gecikmələrlə bağlı RƏSMİ AÇIQLAMA
18968
“Bu gün daşıma şirkətlərində müxtəlif səbəblərdən dolayı gecikmələrə yol verilir”.
Bu barədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin müavini Azər Abbasov məlumat verib.
O bildirib ki, bəzən gecikmələrə səbəb şirkətlərin bir çox sahibkarın məhsullarını daşıması ilə bağlı ola bilir:
“Bu cür şirkətlər təkcə bir sahibkarın məhsullarının daşınması ilə məşğul olmur. Elə şirkətlər var ki, 10 və ondan çox sahibkarın yükünü daşıyır. Gecikmələrə səbəb çeşidləmələrlə bağlı ola bilər. Bəzən bəyannaməni gec göndərirlər. Yəni, səbəblər müxtəlifdir. Təbii ki, müvafiq istiqamətdə təkmilləşdirmələr ediləcək. Bunun da çarəsini tapacağıq”. //Oxu.Az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay