Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyən edilib
Martın 30-da Energetika Nazirliyi yanında İctimai şuraya təkrar seçkilər keçirilib.
Nazirlikdən Valyuta.az-a verilən xəbərə görə, Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 9 namizəddən 6-sı İctimai şuraya üzv seçilib.
Beləliklə, 18 mart və 30 mart tarixlərində keçirilmiş seçkilərin ümumi nəticələrinə görə, İctimai Şuranın 7 nəfərdən ibarət tərkibi seçilib. İctimai şuranın üzvləri haqqında məlumat aşağıda təqdim edilir:
1. Adbullayeva Mehriban Əli qızı - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri
2. Cavadlı Mədaxil Məqatil oğlu - “Əlil Sahibkarlar Təşkilatı” İB-nin sədr müavini
3. Əliyev Fərhad Fəqan oğlu - “Beynəlxalq Ekoenergetika Akademiyası”nın vitse prezidenti
4. Həsənov Sadiq Hüseyn oğlu - “Sağlam Həyata Doğru” İB-nin sədri
5. Mehdiyeva Aybəniz İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB-nin sədr müavini
6. Nurməmmədov Qurban Rəcəb oğlu - “Energetika və Ekologiya” İB-nin təsisçisi
7. Tahirov Camal Fərrux oğlu - “Azad İstehlakçılar” İB-nin Energetika Komissiyasının sədri
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay