İstehsal gücümüzün artması daha çox qaz ixrac etməyə imkan verəcək - ŞƏRH
“Şəfəq-Asiman yatağında qaz kəşf olunması Cənub Qaz Dəhlizinin uzunmüddətli fəaliyyət göstərilməsinə imkan verəcək. Düzdür CQD-nin perspektivində qonşu ölkələrimizin də qazının nəql edilməsi nəzərdə tutulub”.
Valyuta.az xəbər verir ki, bunu Sia.az-a açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, öz istehsal gücümüzün artması daha çox öz qazımızı ixrac etməyimizə imkan verəcək:
“Xəzər dənizində kəşf olunmamış və kəşfiyyat işləri davam etdirilən çoxlu neft-qaz yataqlarımız da mövcuddur”.
A.Badamov vurğulayıb ki, mütəmadi olaraq yeni-yeni yataqlar da kəşf olunaraq istismara veriləcəkdir:
“Təbii ki, kəşf olunan hər yeni yataq ixrac potensialımızın artması deməkdir. O cümlədən bu, iqtisadiyyatımızın da güclənməsidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay