Energetika
29.03.2021 / 16:49
İraq gündəlik neft hasilatını 67% artırmaq niyyətindədir
9836
İraq 2029-cu il üçün gündəlik neft hasilatının həcmini 4,8 mln. bareldən 8 mln. barelədək artırmağı planlaşdırır.
Valyuta.az-ın “APA-Economics”-ə istinadən verdiyi məlumata görə, bu barədə İraqın neft naziri İhsan Abdel Caber bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu göstərici 12 mln. barelədək yüksələ bilər.
Nazirin fikrincə, bu plan dünya neft bazarlarının sabitliyini qorumaq üçün əldə olunan “OPEC+” hasilatının azaldılmasına dair razılaşmaya zidd deyil.
Qeyd edilir ki, ölkədə neft hasilatının artırılması “Məcnun”, “Zubeir” və “Rumeila” neft yataqları hesabına təmin ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay