\"Şəfəq-Asiman\" yatağı ixrac potensialımızı artıracaq
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7 189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılib və ilk qaz-kondensat ehtiyatları aşkar edilib. Qazma əməliyyatı dənizin 623 metr dərinliyində bp şirkətinin operatorluğu ilə aparılıb.
“Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada dənizin dərinliyi 650-800 metr təşkil edir. “Şəfəq- Asiman yatağında aparılan qaz kondensat yatağının tapılması uğurdur. Çünki, yataq ilk kəşfiyyat quyusunun qazılması ilə nəticə verib. Yeni yataq Azərbaycanın daxili qaz ehtiyaclarının ödənməsində və bir sıra ölkələrin enerji təhlükəsizliyini təmin edilməsində rol oynayacaq. Fasilə layının uğurla başa çatdığı bu yataq nöbəti dövrlərdə Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək”.
Bu fikirləri Valyuta.az-a iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib.
“Bildiyimiz kimi, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərininin, TANAP və TAP-in genişləndirilmiş layihəsidir. Bu kifayət qədər geniş potensiala malik qaz dəhlizidir və onun gücündən daha səmərəli istifadə etmək üçün “Şəfəq –Asiman” yatağı da xüsusi rol oynayacaq. Yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan quyunun qazılması üçün müvafiq texniki layihələndirmə işləri aparılacaq. Texnoloji yeniliklər, innovasiyalar tətbiq olunacaq və yeniliklərin tətbiqi imkan verir ki, yaxın gələcəkdə böyük uğur gözləmədiyimiz, müəyyən limitə, məhdud həcmə malik olduğunu düşündüyümüz strukturlardan da daha geniş istifadə olunsun”.
İlhamə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay