Energetika
25.03.2021 / 17:41
Bu il Ceyhan limanından 63 tanker BTC nefti yola salınıb
9702
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 45,460 milyon barel xam neft nəql edib.
“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 63 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 mlrd 616 mln barel xam neft 4 722 tankerə yüklənib.
Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay