Energetika
20.03.2021 / 09:18
"TAP kommersiya əməliyyatlarına başlayıb - RƏSMİ
9538
Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan TAP boru kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru TAP AG şirkəti məlumat yayıb.
Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olub. Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə veriləcək. Onun son hissəsi olan TAP istifadəyə verilir.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay