SOCAR Afrikaya can atır
SOCAR-ın ticarət bölməsi olan "SOCAR Traiding" şirkəti "Elektrik enerjinin istehsalı üçün mayeləşdirilmiş qaz (LNG)" inteqrasiya edilmiş layihələrin həyata keçirilməsi üzrə komanda yaradıb.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin inkişaf üzrə direktoru Toğrul Köçərli deyib.
Onun sözlərinə görə, "SOCAR Traiding" bu sahənin iri iştirakçılarından birinə çevrilməyə ümid edir. Məlumata görə, şirkət artıq 2017-ci ildə Maltada həyata keçirilən layihədə iştirak edib, burada "SOCAR Traiding" LNG tədarükçüsü qismində iştirak edib.
Şirkətin bu sektorda iştirak edəcək növbəti layihə Şri-Lankanın Hambantota limanında həyata keçiriləcək. Bununla yanaşı, şirkət Seneqal və Mozambikdə analoji layihələrdə iştirak etməyi qarşısına məqsəd qoyub. Əlavə olaraq, "SOCAR Traiding" Cənubi Afrika Respublikası "Coega" xüsusi iqtisadi zonasında həyata keçiriləcək layihədə iştirak üçün tenderə qatılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay