“Günəş” elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr razılaşdırılıb
Azərbaycanda günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin mətnləri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə artıq razılaşdırılıb.
Valyuta.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın bu gün baş tutan altıncı iclası video-konfrans formatında səsləndirilib.
Məlumatda qeyd edilir ki, tikiləcək elektrik stansiyanın gücü 230 MVt təşkil edəcək.
İclas zamanı günəş enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçirilməsinin ölkəmizdə bərpa olunan enerjidən istifadənin inkişafı ilə bağlı irəli sürülmüş vəzifələrin icrasına nail olmağa əhəmiyyətli töhfələr verəcəyi vurğulanıb.
Daha sonra layihənin icrası ilə bağlı sənədlər müzakirə edilib və verilən təkliflər nəzərə alınmaqla təsdiq olunub.
Xatırladaq ki, 2020-ci ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay