Baydenin yeni qərarı neft qiymətlərinə təsir edir - Ekspert
ABŞ Prezidenti Co Baydenin enerji gündəliyi neftin dünya bazar qiymətlərini yenidən yüksəldib.
Valyuta.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu məsələni qısa şərh edib.
Bildirib ki, 2 gün öncə Ağ Evin yeni vergi paketi ilə bağlı açıqlaması neftin dünya bazar qiymətlərini azaldıb:
“9 maddəli Təmiz Enerji İnqilabı adlandırılan bu planın icrası ABŞ-da neft hasilatının azalmasına gətirib çıxara bilər ki, bu da bazara təsirsiz ötüşmədi. Bununla belə, neft bazarında volatillik hələ də səngiməyib”.
Eyni zamanda, V.Bayramov bazarda qiymətlərin stabilliyinə zəmin yaradacaq faktorlar hələlik tam formalaşmadığın qeyd edib.
Millət vəkili vurğulayıb ki, vaksinasiyanın qlobal genişlənməsinə baxmayaraq hələ də pandemiyanın nə zaman sonlanacağı bəlli deyil. Bu isə o deməkdir ki, hələlik strateji bazarlara pandemiya ən çox təsir göstərən faktor olaraq qalmaqdadır.
Zeynəb Vəkil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay