Bu il neft məhsullarının istehsalı azalıb - RƏSMİ
Cari ilin ilk iki ayı ərzində mədənçıxarma sənayesi məhsullarının istehsalında azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, istehsalın ümumi dəyəri 4,5 milyard manat olub ki, bu da əvvəlki ilin analoji dövrünə nisbətən 5,7 faiz azalma deməkdir.
Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 5,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 5,1 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı 4,9 faiz azalsa da, əmtəəlik qaz hasilatı 9,6 faiz artıb.
Qeyd edək ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 504,6 milyon manat olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 17,9 faiz azalıb.
Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 73,0 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb.
Sürtkü yağlarının istehsalı 1,9 faiz, dizel yanacağının istehsalı 4,2 faiz, neft bitumunun istehsalı 22,8 faiz, ağ neftin istehsalı 34,8 faiz, avtomobil benzininin istehsalı 35,3 faiz, yanacaq mazutunun istehsalı 79,4 faiz azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay