Neft-qaz sektoruna yatırılmış investisiyalar azalıb
Yanvar-fevral aylarında neft-qaz sektoruna 813 milyon manat yönəldilib. Əvvəlki ilin eyni ayları ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 13,5 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Valyuta.Az-a bildirilib ki, iki ayda neft-qaz sektorunda 4 milyard 398,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,3 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 7,5 faiz geriləyib.
Sənaye məhsulunun 64,1 faizi mədənçıxarma sektorunda istehsal edilib. Fevralda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 110,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 114,1 faiz təşkil edib. Əvvəlki aya nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi üzrə isə 113,1 faiz olub.
Fevralın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,6 min nəfər çalışıb. Yanvarda neft-qaz sektorunda nominal əməkhaqqı isə 3420,5 manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay