Energetika
16.03.2021 / 11:15
"Şahdəniz" yatağında qazma işləri davam edir – “Maersk Drilling”
9184
Danimarkanın "Maersk Drilling" şirkətinin "Şahdəniz" qaz kondensat yatağında "Maersk Explorer" qazma qurğusu ilə həyata keçirdiyi işlər plana uyğun davam edir.
Valyuta.az Trend-ə xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
"Maersk Explorer"in mövcud müqavilə üzrə işlərini cədvələ uyğun başa çatdıracaq.
"Bu onu bildirir ki, son 9 il ərzində "Maersk Drilling" tərəfindən qazılan qurğuların sayı 22-yə çatacaq. Biz, həmçinin "Maersk Explorer" üçün yeni imkanlar axtarırıq" – şirkətdən bildirilib. .
Qeyd edək ki, "Maersk Explorer" "İstiqlal" qazma qurğusu ilə birgə "Şahdəniz" yatağının işlənməsi çərçivəsində 20 quyu qazıb və onlardan 16-ı artıq başa çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay