Sahibkar "online" qaydada enerji təchizatı əldə edə bilər
Vətəndaş müraciətlərinin şəffaf və səmərəli idarə olunması məqsədi ilə “Azərişıq” ASC “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində 17 xidmət üzrə fəaliyyət göstərir.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bu gün bununla bağlı 1 saylı "ASAN kommunal" mərkəzində press tur keçirilib.
Tədbirdə bildirilib ki, müraciətlərin vahid “Bir pəncərə” prinsipi əsasında idarə edilməsi məqsədi ilə Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) yaradılıb. Hər bir sahibkar "online" qaydada obyektinin enerji təchizatına qoşulması ilə bağlı müraciət edə bilər.
EMİOS digər dövlət orqanları ilə inteqrasiya etdiyi üçün sahibkar sənəd toplusunu üzərində gəzdirmədən 150 kwt-a qədər mövcud və ya inşa ediləcək tikinti obyektinə eneri təchizatı şəbəkəsinə qoşulması üçün müraciət edə bilər. Bununla da tələb olunan gücü müəyyənləşdirdikdən sonra sahibkar "online" şəkildə ödəniş edə bilir.
Eyni zamanda bu islahatlarla "Azərişıq" ASC tələb olunan gücü 150 kWt qədər mövcud və ya inşa ediləcək tikinti obyektlərinin eneri təchizatı şəbəkəsinə qoşulmasını e-gov (elektron hökümət portalı) üzərində də edə bilir.
Müraciət zamanı reyester-qeydiyyat nomrəsi əlavə edilməklə CİS (Coğrafi İnformasiya Sistemi) və güc mərkəzi vasitəsi ilə obyektin məsafəsi müəyyən edilir. 400 metr daxilində sahibkar elektron hökümət portalı vasitəsi ilə müraciətinin ödənişini edir, 10 və 20 gün ərzində sahibkar enerji təchizatı şəbəkəsinə qoşulur.
Yaradılan Texniki Şura lazım olan digər dövlət orqanlarından elektron qaydada müraciət edərək lazımı icazələri alır. Aparılan islahatlar həyata keçirilən xidmətlərin insan faktoru olmadan həyata keçirilməsində böyük rol oynayır.
Sahibkar müraciətinin qəbulu və müraciətinin hansı mərhələdə olduğu məlumatını e-gov.az (elektron hökümət portalı) vasitəsi ilə əldə edə bilər.
Enerji təchizatına qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsi ilə sahibkara linklə müvafiq sənədlər toplusu elektron qaydada göndərilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay