Qazaxıstana məxsus qurğu Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərəcək
Abşeron arxipelaqı bölgəsində fəaliyyət göstərəcək “Satti” üzən qazma qurğusunun uyğunlaşdırılması işləri tamamlanmaq üzrədir.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın “QazMwnaiGaz” milli şirkəti bildirib.
Ötən ay SOCAR ilə “QazMwnaiGaz” (QMG) arasında Xəzərin Azərbaycan sektorunda “Satti” qurğusunun müştərək istismarına dair razılıq əldə edilib. Belə ki, tərəflərin törəmə şirkəti olan müvafiq olaraq “Caspian Drilling Company Ltd.” İlə “QMG Drilling & Services” arasındakı birgə fəaliyyət müqaviləsi Abşeron yarımadası yaxınlığındakı dayaz bölgədə “Satti” vasitəsilə iki kəşfiyyat və bir ədəd ehtiyat quyusu qazılmalıdır.
Qeyd edək ki, Qazaxıstanın ilk dəniz qazma qurğusu olan “Satti” 80 metrədək dərinlikdə qazma işləri görmək üçün hazırlanıb və yuxarıda qeyd olunan müqavilə çərçivəsində 2019-cu il iyunun 19-da Bakı yaxınlığına gətirilib. Qurğuda aparılan uyğunlaşdırma işləri nəticəsində 6 000 metrdən artıq dərinlikdə kəşfiyyat quyuları qazmaq mümkün olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay