Energetika
12.03.2021 / 20:27
Çexiya və Azərbaycan enerji sahəsində yeni saziş imzalayacaq – Nazirlik
9016
Çexiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair yeni sazişin imzalanması üzrə danışıqlar aparılır.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, bunu Çexiya Sənaye və Ticarət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Çexiyaya neft tədarükünün həcminə görə ikinci ölkədir və bu səbəbdən Çexiyanın enerji təhlükəsizliyinə müsbət təsir göstərir:
"Biz həmin sazişi tez bir zamanda imzalamaq niyyətindəyik, çünki hər zaman Azərbaycanla enerji əməkdaşlığının, o cümlədən Azərbaycan xam neftinin Kralupi neft emalı zavoduna və digər yerli müəssisələrə tədarükünün vacibliyini vurğulamışıq".
Nazirlikdən bildiriblər ki, ötən il IKL boru kəməri vasitəsilə Çexiyaya 1,426 milyon ton Azərbaycan neft nəql olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay