BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8951

Bütün digər bazar iştirakçıları ABŞ Prezidenti Cozef Baydenin rəsmi Tehrana qarşı sanksiyaları ləğv etməsini gözləyərkən Çin İrandan neft idxalını artırır.

Valyuta.az “Report” xəbər verir ki, bu barədə NGV “Al Arabia” agentliyi məlumat verib.

Treyderlərin və analitiklərin məlumatına görə, Çinin emal gücünün dörddə birinin yerləşdiyi Şandun əyalətinə İran xammalının tədarükü bu ay o qədər artıb ki, Çin limanlarında neft tankerləri yığılıb qalıb.

“Mart ayının sonuna qədər Çinin İrandan idxal etdiyi neftin həcmi 856 min barel/günə çatacaq ki, bu da öncəki aya nisbətən 129% çoxdur”, - “Kpler” şirkətinin analitiki Kevin Rayt hesab edir.

Qeyd olunub ki, hesablamalarda yanacağın mənşəyini gizlətmək üçün Yaxın Şərqdə və ya Sinqapur, Malayziya və İndoneziya sularında gəmidən gəmiyə boşaldılan neft də nəzərə alınır.

Əksər treyderlər və NEZ-lər ABŞ-ın sanksiya siyahısına düşməkdən qorxduğundan İran neftini almaq istəmirlər. Eyni zamanda, Tehran neft ixracatından əldə olunan gəlirləri artırmaq məqsədi ilə “aqressiv marketinqə” əl atır.

ABŞ sanksiyaları səbəbindən İran nefti əhəmiyyətli dərəcədə endirimlə satılır. Məsələn, Çində İrandan gələn xammalın qiyməti adətən “Brent”in etalon qiymətindən 3-5 dollar az olur, bu da yerli şirkətləri xammalın qiymətləri artdıqca İran neftinin alışlarını artırmağa təşviq edir.

“Bloomberg”in hesablamalarına görə, bu ilin yanvar və fevral aylarında Çinin neft idxalı orta hesabla gündəlik 11,1 milyon barel olub ki, bu da 2020-ci ilin dekabrına nisbətən 20 faiz çoxdur.

Qeyd edək ki, İran neft ixracatı 2018-ci ildə 2,8 milyon barel/günə çatırdı, lakin ötən ilin sonunda 300 min barel/günə düşüb. Bunu tankerin izləmə məlumatlarına əsaslanan təxmini qiymətləndirmə göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin