BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
8795

Dünya bazarlarında neft qiymətləri çərşənbə günü səhər saatlarında Amerika Neft İnstitutunun (API) ölkədəki xammal ehtiyatlarında daha bir ciddi artım barədə məlumatları fonunda ucuzlaşır.

Bakı vaxtı ilə saat 08:47-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0,8% azalaraq bir barel üçün 66,98 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,66% azalaraq 63,59 dollar/barelə düşüb.

API məlumatlarına görə, martın 5-də bitən həftədə ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 12,8 milyon barel artıb. Bu, ehtiyatlardakı üçüncü ardıcıl artım həftəsi ola bilər, özü də bir həftə əvvəl ehtiyatlar müşahidələr tarixi ərzində rekord həcmdə - 21,6 milyon barel artmışdı.

ABŞ dollarının möhkəmlənməsi də neft qiymətlərinə təzyiq göstərir. Baha dollar neft də daxil olmaqla, xammalları digər valyutalarda satın alanlar üçün onları daha az əlçatan edir. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı dollar məzənnəsi) 0,23% artaraq 92,17 bəndə çatıb. Göstərici 92 bənddən yuxarı qalxaraq ötən ilin noyabr ayının sonundan bəri maksimum səviyyəyə yüksəlib.

Neft qiymətləri ötən ilin noyabr ayından bəri hər dəfə aylıq artım sərgiləyir. Noyabr ayının əvvəlində neftin bir barreli təxminən 35-37 ABŞ dolları dəyərində idi. Sonradan “peyvənd nikbinliyi”, iqtisadi dirçəliş və tələbatın bərpası ümidləri, eləcə də OPEC+in hasilatı azaltmaq səyləri qiymət artımını dəstəkləyib. //Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Digər ölkələrdə qadağa, Azərbaycanda hədsiz istifadə - Hansı məhsullarımızda palma yağı var?

Bakı Fond Birjasından Azərbaycanda kriptovalyuta bazarının inkişafı barədə AÇIQLAMA

Təqaüdlə təhsil alan tələbələrin sayı - Ölkə üzrə STATİSTİKA

Azərbaycanda zeytun yağı bir manatdan çox bahalaşıb, günəbaxan və qarğıdalı yağı ucuzlaşıb

Bakı Fond Birjasında "yaşıl" istiqrazların yerləşdirilməsi mümkün ola bilər

Əcnəbi turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Dövlət qurumları vətəndaşdan kağız sənəd tələb edə bilərmi?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin