Energetika
03.03.2021 / 12:26
Neft Fondu gəlirlərini açıqladı
8393
Dövlət Neft Fondu 2021-ci ilin ilk 2 ayında qaz və neft yataqlarından əldə etdiyi gəlirlərini açıqlayıb.
Valyuta.az Fonda istinadən xəbər verir ki, yanvarın 1-dən martın 1-dək Azəri-Çıraq-Günəşli yatağından 574, 543 milyon dollar gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azdır. 2020-ci ilin ilk 2 ayında Dövlət Neft Fondunun həmin yataqdan gəlirləri 1 milyard 5 milyon dollar olub.
Şahdəniz qaz və kondensat yatağından isə yanvar-fevral ayında gəlirlər 3,538 milyon dollar təşkil edib. Bu məbləğ kondensatın satışından əldə edilib. Ötən ilin eyni dövründə bu rəqəm 69 milyon dollar olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay