BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
8392

“Petkim” Türkiyədə pandemiya dövründə əhəmiyyəti artan tibbi ləvazimat, qablaşdırma və gigiyena vasitələri üçün istifadə olunan xammalın istehsalında üstünlüyü daxili bazara verib. Ötən il satış həcmini 12,1 milyard lirəyə çatdıran “Petkim”in ümumi gəlirində ölkədaxili satışların payı 2019-cu ildəki 60 faizdən 67 faizə qalxıb.

Valyuta.Az xəbər verir ki, bu barədə açıqlama verən “SOCAR Turkey” Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov, Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi kimi 2020-ci il boyunca daxili sənaye müəssisələrinin tələbatını prioritet kimi qəbul etdiklərini bildirib.

Anar Məmmədov, pandemiya dövründə Türkiyənin ehtiyacı olan neft-kimya xammalını problemsiz təmin etmək üçün var gücləri ilə çalışdıqlarını və fasiləsiz istehsalı həyata keçirdiklərini də diqqətə çatdırıb:

“Bu dövrdə bütün dünyada NEZ-lərin istehsalı dayandırmaq, yaxud azaltmaq məcburiyyətində qalması səbəbindən xammal tədarükündə problemlə üzləşən bəzi neft-kimya şirkətləri də istehsalı müəyyən müddətə dayandırmalı oldular. “Star” NEZ ilə inteqrasiya şəraitində işləyən “Petkim” isə istehsala ara vermədən xüsusilə ölkədaxili müştərilərin ehtiyaclarını təmin etməyi bacardı. Daxili bazara yönəlməyimiz 2019-cu ildə 662 milyon dollar olan ixrac göstəricilərimizin 2020-ci ildə yarıbayarı azalaraq 363 milyon dollara enməsinə səbəb oldu. Ancaq daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız nəticəsində ümumi satış həcmlərimiz və gəlirliyimiz 2019-cu ilə nisbətən artdı”.

A.Məmmədov, “Petkim”in əldə edilən maliyyə uğurlarında “Star” NEZ ilə inteqrasiyalı istehsalın həyata keçirilməsi ilə yanaşı məhsuldarlıq və rəqəmsallaşma istiqamətində atılan addımların da böyük təsiri olduğunu diqqətə çatdırıb: “Faiz və məzənnə riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması və əməliyyat xərclərinin optimallaşdırılması da əldə etdiyimiz nəticələrə müsbət təsir göstərdi. İstehsal prosesinin təkmilləşdirilməsi və effektiv xidmət proqramlarının icra olunması nəticəsində iş günlərimizin sayı maksimuma çatdı. Bu addımlar 2020-ci ildə xalis mənfəətimizin 14 fazi artaraq 1,1 milyard lirəyə, əməliyyat gəlirliliyimizin isə 1,9 milyard lirəyə çatmasında mühüm rol oynadı”.

Qeyd edək ki, rəqəmsal tətbiq və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” şəbəkəsinə Türkiyədən seçilən yeganə şirkət olan “Petkim” bu gün Sənaye 4.0 texnologiyalarını istehsalatda uğurlu şəkildə tətbiq edən müəssisələr arasında möhkəm qərarlaşıb. 56 illik bilik və təcrübəsi ilə “Petkim” portfelinə daxil olan təxminən 60 növ neft-kimya məhsulu ilə plastik, kimya, qablaşdırma, boru, boya, inşaat, kənd təsərrüfatı, avtomobil, elektrik, elektron, tekstil sektorları ilə yanaşı dərman, yuyucu vasitə, kosmetik məhsullar sektoruna da inamla daxil olub.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin