“Petkim” şirkətinin 2020-ci il üzrə ümumi gəlirində daxili satışların artımı baş verib
Şirkət 2020-ci ildə gəlirlərini əvvəlki ilə nisbətən 21 faizə çatdırıb
Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Turkey”in törəmə şirkəti olan “Petkim” 2020-ci ildə gəlirlərini əvvəlki ilə nisbətən 21 faiz artıraraq 1,9 milyard türk lirəsinə çatdırıb.
SOCAR-dan Valyuta.az-a verilən məlumata görə, şirkət qlobal pandemiyaya görə üzləşdiyi çətinliklərə və portfelindəki məhsulların qiymətinin dollar ifadəsində orta hesabla 20 faiz azalmasına baxmayaraq, əldə etdiyi uğurları ilə diqqət mərkəzində qalmağı bacarıb.
“Petkim” qlobal bazarlarda baş verən bütün çətinliklərə və məhsul portfelindəki məhsulların orta qiymətinin azalmasına baxmayaraq, ötən il əməliyyat gəlirliliyini 2019-cu illə müqayisədə 21 faiz artırmağa müvəffəq olub.
Bu uğurun qazanılmasına məhsuldarlıq, rəqəmsallaşma, məzənnə və faiz riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması, dövriyyə kapitalının effektiv idarəçiliyi və “Star” NEZ ilə istehsalın inteqrasiya mühüm təsir göstərib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay