Azərbaycan Avrasiyanın əsas qaz hasilatçısına çevriləcək
Azərbaycan Avrasiya regionunda üçüncu ən iri qaz istehsalçısına çevriləcək.
"APA-Economics"in məlumatına görə, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2050-ci ilədək qaz bazarı üzrə proqnozunda ("Global Gas Outlook 2050") qeyd olunur.
"2050-ci il üçün qaz hasilatı təxminən 40 mlrd. kubmetrə çatacəq Azərbaycan regionun üçüncü ən iri qaz istehsalçısına çevriləcək", hesabatda qeyd edilir.
Proqnoza əsasən, artım Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" və "Abşeron" qaz-kondensat yataqlarının hesabına təmin ediləcək.
Bununla yanaşı, hesabatda qed olunur ki, 2050-ci il üçün reqionda qaz istehsalı 40% artaraq 1,3 trln. kubmetrdən bir gədər az olacaq. Artım reqionun qaz istehsalı üzrə iki liderləri olan Rusiya (78%) və Türkmənistanın (18%) hesabına əldə olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay