SOCAR dənizdəki işlərini dayandırdı
“Küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib”.
Valyuta.Az xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildriib.
İ.Əhmədov qeyd edib ki, açıq səthlərdə aparılan işlər dayandırılıb:
“İdarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. İndiyə qədər 45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək, əsasən Neft Daşlarına gətirilib”.
Qeyd edək ki, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-dək, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2,0-4,0 metrə, sonrakı inkişafda 5,5-7,5 metrə çatacağı gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay