BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
7992

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

Energetika Nazirliyindən Valyuta.Az-a daxil olmuş məlumatda bildirilir ki, bu memorandum Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi, bp-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “2030-cu ilə qədər istixana qazlarının tullantısının 35 faiz azaldılması, təmiz ətraf mühitə və yaşıl enerjinin payının istehsal və istehlakda artımına nail olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin sosial-iqtisadi inkişafının prioritetlərindən biri kimi müəyyənləşdirilib.  Bu gün ölkədə bərpa olunan enerji sahəsinin inkişafı, xüsusilə yaşıl enerji zonalarının yaradılmasına yüksək səviyyədə dəstək verilir. Xarici və yerli investorlar Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək prosesinə dəvət edilir. Bu gün imzaladığımız bu sənəd neft-qaz sahəsində uzunillik strateji tərəfdaşımız bp ilə karbonsuzlaşdırma və bərpa olunan enerji layihələri üzrə əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Ümid edirəm ki, qlobal iqlim çağırışlarından irəli gələn müasir enerji trendlərinə transformasiya mərhələsində bp ilə birgə uğurlara imza ata biləcəyik”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “bp-nin və Azərbaycanın dayanıqlılıq üzrə müvafiq məqsədlərinə nail olmaq istiqamətində Energetika Nazirliyi ilə bu əməkdaşlıq imkanından çox məmnunuq. Bu gün imzaladığımız Anlaşma Memorandumu bp və Azərbaycan üçün potensial olaraq tərəfdaşlıq imkanlarına aparan yeni əməkdaşlıq platforması təmin edir. bp təxminən otuz ildir ki, Azərbaycanın enerji tərəfdaşıdır və  inanırıq ki, bp-nin az karbonlu enerji sahəsində öz biznesini əhəmiyyətli dərəcədə artırmağı, həmçinin nəqliyyat və rahatlıq üzrə təklif etdiyi xidmətləri transformasiya etməyi hədəflədiyi bir vaxtda Azərbaycanla uğurlu tərəfdaşlığımıza əsaslanan böyük potensial mövcuddur.  bp bu yaxınlarda Hyuston və Aberdin şəhərləri ilə tərəfdaşlığa başlayıb və biz bu Anlaşma Memorandumunu imzalamaqla, emissiyaların azaldılmasına yönəlmiş təmiz enerji də daxil olmaqla inteqrasiya edilmiş enerji və nəqliyyat həlləri gətirmək məqsədilə Azərbaycanın regionları və şəhərləri ilə də oxşar tərəfdaşlıq imkanlarını araşdırmaq istəyirik.”

Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə” və “İşçi Qrupu”un yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə “Baş Plan”nın hazırlanması nəzərdə tutulur. “Baş Plan” təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin