Yeni yataqların kəşfiyyatı ilə bağlı danışıqlar aparılır - SOCAR
Pandemiyadan sonra tələbin artması fonunda Xəzər dənizinin Azərbaycan sektorunda yeni yataqların kəşfiyyatı və işlənməsi sahəsində investisiyalara marağın artması istisna olunmur.
Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, bugünədək "Ümid" yatağında 4 milyard kubmetrə yaxın qaz hasil edilib, hasilat sürəti yeni quyuların qazılması hesabına artır:
"Burada da əlavə platformanın tikintisi planlaşdırılır. "Abşeron" yatağı "Total" şirkəti ilə birgə işlənir, açıq dənizdə platformanın hissələri quraşdırılır. Buradan ilk qazın gələn il hasil edilməsi gözlənilir".
Onun sözlərinə görə, eyni zamanda perspektiv strukturlarda kəşfiyyat işləri aparılır, kəşfiyyatın nəticələri bazar şərtlərinə cavab verəcəyi təqdirdə hasilat mərhələsinə keçid nəzərdə tutulur:
"İlk növbədə BP şirkəti ilə birgə reallaşdırılan və hazırda davam edən "Şəfəq-Asiman" perspektiv strukturunun kəşfiyyat qazma layihəsini qeyd etmək lazımdır. Abşeron yarımadasının şelfində kəşfiyyat quyularının qazılması planlaşdırılır. Xəzər dənizində BP ilə tərəfdaşlıqda D230 blokundan, eləcə də Norveçin "Equinor" şirkəti ilə tərəfdaşlıqda "Dan ulduzu-Əşrəfi-Aypara" əldə edilən seysmik məlumatların interpretasiyası aparılır. Bütün bunlarla yanaşı Azərbaycanda yeni yataqların kəşfiyyatı ilə bağlı müxtəlif beynəlxalq şirkətlərlə danışıqlar aparılır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay