Energetika
16.02.2021 / 11:53
Azərbaycanın neft ehtiyatları 25 ilə bəs edər - "Fitch"
7648
Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.
Bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olub.
Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.
"Fitch"ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə isə 34,6 mln. ton neft istehsal edilib. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay