SOCAR Sloveniyada YDM şəbəkəsi ala bilər
Avstriyanın OMV enerji şirkəti özünün Sloveniyadakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb.
“Report”un Sloveniya mətbuatına istinadən verdiyi məlumata görə, “OMV Slovenia” şirkəti Sloveniyada 92,25 % paya sahib olduğu 120 YDM-i satmaq istədiyini bildirib.
Artıq bu YDM-ləri Polşanın “PNK Orlean”, Macarıstanın MOL və Rusiyanın “Lukoil” şirkətləri almaq istədiklərini açıqlayıblar.
Sloveniya YDM şəbəkəsinə sahib olmaq istəyini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da bildirib.
Xatırladaq ki, SOCAR 2019-cu ildən Avstriyada 82 YDM-ə malikdir. “Lukoil” şirkəti isə 2010-cu ildən Xorvatiyada YDM-lər alıb.
Qeyd edək ki, OMV Sloveniya neft məhsulları bazarında böyüklüyünə görə sayca ikinci iştirakçıdır. Şirkət Sloveniya bazarında 20 % paya malikdir.
10 gün öncə OMV şirkəti satış investisiya proqramı çərçivəsində “OMV Sloveniya” şirkətinin 92,25 % payının satmaq qərarına gəlib. OMV şirkətinin Sloveniyada OMV, “Eurotruck”, “Avanti” və “Diskont” brendləri altında yanacaqdoldurma məntəqələri mövcuddur. Şirkət həmçinin bu bazarda “OMV Marine” brendi ilə də fəaliyyət göstərir. Şirkət bu brendi satmaq niyyətində olmadığını atrtıq açıqlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay