Energetika
11.02.2021 / 19:13
Bu il qlobal neft tələbatı 6 faiz artacaq - IEA
7475
2021-ci ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5,4 milyon barrel (6 faiz) artaraq gündəlik 96 milyon 400 min barrelə çatacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, beləliklə 2020-ci ildə pandemiyaya görə itirilmiş həcmin 60 faizi bərpa olunacaq.
Bu il sutkalıq tələbatın 35 milyon 800 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon barreli Amerika qitəsində, 14 milyon barreli isə Avropada formalaşacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay