"TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir" - İlham Əliyev
19:04
"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq".
Valyuta.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib.
“Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu bizim uğurumuzun başlıca səbəbidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması münasibətilə təbriklərini çatdıran Azərbaycan Prezidenti deyib: “Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”.
17:42
Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.
Valyuta.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.
İclasın açılış sessiyasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.
Konsorsium üzvləri tərəfindən Cənub Qaz Dəhlizinin tamamlanmasına dair hesabat təqdim olunduqdan sonra nazirlər və nümayəndə heyətlərinin rəhbərləri mərzə ediblər.
İclasda Azərbaycan da daxil olmaqla 18 ölkənin nazirləri və digər yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Tədbirə layihədə iştirak edən dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətin rəhbərləri də qatılıb.
Hazırda Məşvərət Şurası işini davam etdirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay