Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər
Avropa İttifaqı Zelenskinin Rus qazının tranzitini dayandırmaqla bağlı atdığı addımlardan 70 milyard avro itirə bilər.
Valyuta.Az xəbər verir ki, bu barədə Slovakiya parlamentinin sədr müavini Tibor Qaşpar "Rusiya İnformasiya Teleqraf Agentliyi"nə bildirib.
"Zelenskinin bu addımlarını olduqca mənfi qiymətləndiririk. Elə təəssürat yaranır ki, Zelenski qərarları düşünülməmiş şəkildə qəbul edir. O, anlamır ki, Rusiyadan Slovakiyaya qaz tranzitinin dayandırılması həm respublikaya, həm də ümumilikdə Avropaya ciddi problemlər yarada bilər. Tranzitin dayandırılması nəticəsində təxmin edilən itkilər 70 milyard avrodan çox ola bilər," – deyə Qaşpar qeyd edib.
Qeyd edək ki, 1 yanvar tarixindən etibarən Ukrayna ərazisindən keçməklə Avropaya Rus qazının tranziti tamamilə dayandırılıb. Buna səbəb Kiyevin əvvəlki razılaşmanı uzatmaqdan imtina etməsi olub. Daha əvvəl "Qazprom" məlumat vermişdi ki, Kiyevin bu imtinası Rusiya şirkətini bu marşrutla yanacaq tədarük etmə imkanından həm texniki, həm də hüquqi baxımdan məhrum edib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay