BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
63106

Dünyada enerjiyə olan tələbat əhəmiyyətli şəkildə artıb və gələcək tələbatların ödənilməsində akkumlyatorlar batareyalarının vacib rolu olacaq.

Bunu Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin (ADSW) açılış mərasimində nitqlə çıxış edən BƏƏ energetika naziri Süheyl Məhəmməd Əl Məzrui deyib.

“Akkumlyator batareyaları – dünyanın ən sürətlə inkişaf edən enerji texnologiyasıdır”, - deyə Əl Məzrui enerjinin saxlanılması istiqamətində innovasiyaların vacibliyini vurğulayıb.

O bildirib ki, cari ildə enerji sisteminə rekord 100 qiqavatt güc əlavə olunacaq. Bununla belə, nazir xəbərdar edib ki, xüsusilə süni intellektin hazırkı inkişaf səviyyəsini nəzərə alsaq, bu, dünyada enerjiyə artan tələbatın sadəcə cüzi bir hissəsini ödəyir.

“Süni intellekt peyda olana qədər elektrik enerjisinə olan tələbin 2035-ci ilə qədər 9000 qiqavatdan 15 000 qiqavatta qədər artacağı proqnozlaşdırılırdı. Amma istifadəsi aya yarım milyard ziyarətə qədər artmış və "Google" axtarışı ilə müqayisədə 10 dəfə daha çox enerji aparan "ChatGPT" kimi tətbiqlərə görə, 2050-ci ilə bu göstərici 35 000 qiqavatta çata bilər. Bu 250 faizdən çox bir artımdır”, - deyə nazir bildirib.

BƏƏ naziri problemin miqyasından söz açaraq, heç bir enerji mənbəyinin belə misli görülməmiş tələb səviyyəsini ödəməyə qadir olmadığını qeyd edib.

“Əminəm hər biriniz razılaşacaqsınız ki, heç bir eneji mənbəyi bu misli görülməmiş tələbatı ödəyə bilməyəcək”, - deyə Əl Məzrui vurğulayıb.

O, həmçinin, enerjiyə olan qlobal əlçatanlıq məsələsindəki qeyri-bərabərlikdən söz açaraq, “enerjinin bir milyard insan üçün hələ də əlçatan olmadığını” ictimaiyyətin diqqətinə çatdırıb.

Bunun üçün nazir beynəlxalq ictimaiyyəti artan enerji tələbatının ödənilməsi və onun əlçatanlığında olan boşluqların aradan qaldırılması üçün lazımi çeviklik və imkanlarla təmin edən geniş spektrli enerji həlləri tapmağa çağırıb.

Əl Məzrui dayanıqlı energetik gələcək naminə, şaxələndirmənin və texnoloji innovasiyaların, o cümlədən, akkumulyator batareyalarının və bərpa oluna bilən enerji mənbələrinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

23 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin