BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
62993

Bayden administrasiyası Rusiyaya qarşı indiyə qədərki ən sərt sanksiyalardan bəzilərini tətbiq edib.

Valyuta.Az xəbər verir ki, bu addım Moskvanın Ukraynada müharibəni maliyyələşdirmək üçün əsas gəlir mənbəyi olan enerji sektorunu hədəfə alır. 

Tədbirlər çərçivəsində 200-dən çox qurum və şəxs, o cümlədən treyderlər, rəsmilər, sığorta şirkətləri və yüzlərlə neft tankeri sanksiyalara məruz qalıb.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra ilk dəfə olaraq Böyük Britaniya da ABŞ-yə qoşularaq "Qazprom Neft" və "Surgutnefteqaz" enerji şirkətlərinə birbaşa sanksiyalar tətbiq edəcək. 

"Rusiya neft şirkətlərinə qarşı mübarizə aparmaq, Rusiyanın müharibə büdcəsini tükəndirmək – və Putinin əlindən hər bir rublu almaq Ukraynalı həyatları xilas etməyə kömək edəcək," – deyə Britaniyanın xarici işlər naziri Devid Lammi (David Lammy) bildirib.

ABŞ Maliyyə Nazirliyinin cümə günü elan etdiyi bəzi tədbirlər qanunvericiliyə daxil ediləcək. Bu, gələcəkdə sanksiyaların ləğvi üçün Konqresin iştirakını zəruri edəcək. Vaşinqton həmçinin Rusiyanın enerji resurslarını qanuni şəkildə almağı məhdudlaşdırmağa və Moskvanın dünyada neft daşıyan "kölgə donanması"nı hədəf almağa çalışır. 

ABŞ-nin maliyyə naziri Canet Yellen (Janet Yellen) bəyan edib ki, bu addımlar "Rusiyanın neft ticarəti ilə bağlı sanksiya riskini artırır, o cümlədən neft ixracına dəstək məqsədilə daşınma və maliyyə xidmətlərini məhdudlaşdırır". 

Prezident Co Bayden (Joe Biden) isə Rusiya lideri Vladimir Putinin "çətin vəziyyətdə" olduğunu qeyd edib və "onun dəhşətli hərəkətlərini davam etdirməsi üçün heç bir nəfəs payı qalmaması vacibdir," – deyə əlavə edib.

"ABŞ-də qaz qiymətləri bir qallon üçün üç-dörd sent artacaq," – deyə Bayden deyib. Bununla belə, o vurğulayıb ki, bu tədbirlər "Rusiyanın iqtisadi inkişafına dərin təsir edəcək". 

Ukrayna prezidenti Volodimir Zelenski (Volodymyr Zelensky) ABŞ-yə "iki tərəfli dəstək" üçün təşəkkür edib.

Ukraynada müharibənin başlanmasından bəri neftə tətbiq olunan qiymət limiti, Rusiyanın enerji ixracını azaltmaq məqsədilə həyata keçirilən əsas tədbirlərdən biri olub. Lakin Atlantik Şurasının Qlobal Enerji Mərkəzindən Olqa Xakova (Olga Khakova) bildirib ki, bu tədbirlərin təsiri "zəifləmişdi", çünki bazardan çıxarılan Rusiya neftinin həcmini azaltmamaq da hədəflərdən biri idi. Bu, azalan təchizatın qlobal iqtisadiyyata mənfi təsirlərindən ehtiyatlanma ilə bağlı idi.

Bununla belə, ekspertlər neft bazarının indi daha sabit vəziyyətdə olduğunu bildirirlər. 

"ABŞ-nin neft hasilatı (və ixracı) rekord səviyyədədir və artmaqdadır. Buna görə də Rusiya neftini bazardan çıxarmaq, bu günkü sanksiyaların əsas məqsədi olsa da, qiymətlərə təsiri məhdud olacaq," – deyə Atlantik Şurasının üzvü Daniel Frid qeyd edib. 

"ABŞ hökuməti Rusiya neft sektoruna ciddi zərbə vurmaq məqsədilə böyük addım atıb. Bu, bəlkə də öldürücü bir zərbə ola bilər," – deyə o əlavə edib.

ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst (John Herbst) isə bu addımları "mükəmməl" adlandıraraq, onların tətbiqinin həlledici olacağını vurğulayıb. 

"Bu, o deməkdir ki, tədbirlərin həqiqətən Rusiya iqtisadiyyatına təzyiq göstərib-göstərməyəcəyini Tramp administrasiyası müəyyən edəcək," – deyə Herbst qeyd edib.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dönər Partiyası" - Seçkiöncəsi Almaniyanın ən dadlı partiyası

"Apple" rəhbərlərinin 2024-cü il gəlirləri

Rusiya 4 günlük iş modelinə hazırlaşır

"Starbucks" və "McDonald's"ın satışlarında boykot təsiri

"Macy’s"nin yeni strategiyası və bağlanan onlarla mağaza - "CNN"

ABŞ və Britaniya Rusiyanın neft sənayesinə qarşı sanksiyaları sərtləşdirir - "BBC"

Qalmaqallı iş adamı yenidən gündəm oldu: Yarım milyonluq dələduzluq

"Bitcoin"in Salvador üçün böyük faydaları - Hesabat

92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Heç getmədiyi qəsəbəyə 10 milyon avro miras qoydu - "Tibervil"in əhvalatı

Azərbaycan qazının Serbiyaya tədarükü tezliklə bərpa olunacaq

Şəxsi məlumatlarımız təhlükədədir?

ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

"Wall Street" veteranının 2025-ci il üçün bazar proqnozları - "The Street"

"Rəqəmsal qızıl"ın qalibləri - "ETF" rekordları - SƏHƏR OXUSU

Maskın "OpenAI" və "Microsoft"a qarşı qaldırdığı iddialara ABŞ dəstəyi - "Reuters"

Azərbaycanda iki yeni milli park yaradılacaq – RƏSMİ

Elektrik sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 6 min 205 manata...

SSRİ-dən sonra ilk dəfə: Həyəcanlı Ay səyahəti başlayır

"Wall Street" iqtisadçılarının "Fed" proqnozları

Bolqarıstan və Serbiyaya qaz nəqli niyə dayandırılıb? - BP açıqladı

Yarım milyon əmlakı əhatə edəcək təkliflər

Almaniyanın ABŞ-yə xarici ticarət profisiti rekord səviyyəyə çatıb

Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Rusiyadakı 2.5 milyardlıq təyyarələrin "Dublin müzakirəsi" - "The Guardian"

Prezident generalla bağlı sərəncam imzaladı

"SOCAR" Türkiyədəki 2 şirkətini satdı

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin