Energetika
29.12.2024 / 18:13
Prezident sərəncam imzaladı - "SOCAR"ın funksiyaları artırıldı
62428
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Valyuta.Az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Dövlət Neft Şirkətinə ("SOCAR") ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, müvafiq səlahiyyətin ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay