"Gazprom"un 9 aylıq mənfəəti 990 milyard təşkil edib - Famil Sadıqov
"Gazprom"un Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olaraq səhmdarlara aid xalis mənfəəti 2024-cü ilin yanvar-sentyabr aylarında illik müqayisədə 2,8 dəfə artaraq 990 milyard rubl (9,2 milyard dollar) təşkil edib.
"2024-cü ilin 9 ayında xalis mənfəət 990 milyard rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur."
Valyuta.Az "TASS"a istinadən xəbər verir ki, bunu şirkətin baş direktor müavini Famil Sadıqov bildirib. O, həmçinin dividend bazasının da 842 milyard rubl (7,9 milyard dollar) təşkil etdiyini əlavəe dib.
"Gazprom"un sərbəst pul axını müsbət göstəricilərə qayıdaraq 2024-cü ilin yanvar-sentyabr aylarında 14 milyard rubl (131,5 milyon dollar) təşkil edib. Şirkətin EBITDA göstəricisi illik müqayisədə 23% artaraq cari ilin 9 ayında 2,141 trilyon rubla (19,9 milyard dollar) çatıb. Şirkətin likvidlik həcmi bir il ərzində ödəniləcək borc öhdəliklərini tam şəkildə əhatə edir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay