BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7918
  • RUB
    0.017
  • TRY
    0.0494
  • GBP
    2.1451
59530

COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB)Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1.7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.

“760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpa olunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir. Bu razılaşma, Azərbaycanın “Masdar” şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və “yaşıl enerji” ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Masdar şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə deyib: "Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnunuq. Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik".

Qeyd edək ki, cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaların təməlqoyma mərasimi keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

70 yaşdan yuxarı insanlara kredit niyə verilmir?

Bu dövlət qulluqçuları güzəştli mənzil əldə edə bilərlər (VİDEO)

İlk özəl hava limanı iqtisadiyyata hansı dividendlər qazandıracaq?

"Nvidia"nın nəticələri bazarları alt-üst edəcək

Bill Qeytsin ən çox sərmayə yatırdığı şirkətlər - SİYAHI

Sabah hava necə olacaq?

Windows üçün ChatGPT tətbiqi indi hamı üçün əlçatandır

Durğunluq olsa da, ucuzlaşma gözlənilmir

Artur Rostronun saatı hərracda yüksək məbləğdə satıldı

Artur Rostronun saatı hərracda yüksək məbləğdə satıldı

Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb

ABŞ-da meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

MOM bu şirkətdən 1,2 milyon tibbi mallar alacaq

İki şirkət gömrük qaydalarını pozduğuna görə cərimələn bilər

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib (FOTO)

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib (FOTO)

Hökumət müdaxilə etdi, Çin iqtisadiyyatı dirçəlməyə başladı

Tramp administrasiyasının rəsmiləri Aİ-nı ABŞ-ın tarifləri artırmasına hazırlaşmağa çağırdı

Qubadlıda üzümçülük təsərrüfatı ilə bağlı 840 minlik layihə

“Falcom” şirkəti 25000 manat cərimələnə bilər

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

İlon Maskın "OpenAI" maaş tənqidi - 1500 işçiyə 1.5 milyard dollar

Amerikada yeni nazirliyə DOGE adı verildi, suallar doğdu

Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək - SİYAHI

Türkiyə "Amazon"un "Twitch" platformasını böyük məbləğdə cərimələyib

Federal Ticarət Komissiyasından "Microsoft"a qarşı böyük araşdırma

Mikayıl Cabbarov "Cisco"nun baş vitse-prezidenti Meri de Vısotski ilə görüşdü

DGK “Alco” şirkətini inzibati məsuliyyətə cəlb edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin