BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7918
  • RUB
    0.017
  • TRY
    0.0494
  • GBP
    2.1451
59527

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “M-Gaz” şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, SOCAR, “M-Gaz” və Ruse bələdiyyəsinin birgə həyata keçirdiyi və SOCAR-ın lazımi həcmdə təbii qaz tədarük etməyi öhdəsinə götürdüyü “hibrid qazlaşdırma” pilot layihəsinin əsas benefisiarı Ruse bələdiyyəsinin Nikolovo kəndində yerləşən “St. St. Cyril and Methodius” ibtidai məktəbidir.

Məktəbdə sıxılmış təbii qaz (CNG) qurğusunun tikintisinin başa çatması münasibətilə təşkil olunan mərasimdə SOCAR-ın Balkanlar üzrə regional ofisinin rəhbəri Murad Heydərov, Ruse şəhərinin meri Penço Milkov və M-Qaz şirkətinin baş icraçı direktor Stoyan Manolov iştirak ediblər.

Bu, SOCAR ilə “M-Gaz” şirkəti arasında 21 iyun 2024-cü il tarixində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanılması ilə əsası qoyulan uğurlu tərəfdaşlığın davamıdır.

Yaxın bir neçə ayda Ruse vilayətində daha 10 məktəb və uşaq bağçasının SOCAR-dan təbii qaz alması planlaşdırılır. Bu layihə Rusedə karbon emissiyalarını və enerji xərclərini azaltmağa kömək edəcək.

Ölkənin qaz istehlakının 50%-ni təchiz edən SOCAR Bolqarıstanın qaz bazarında iştirakını genişləndirərək daxili paylama sektorunda təxminən 7,5% paya sahib olmağı hədəfləyir.

SOCAR bu ölkənin bir sıra bələdiyyələrində iqlimə daha uyğun təbii qazın tədarükünü həyata keçirməklə, tədricən ənənəvi enerji mənbələrindən (mazut, linyit, dizel) imtina edilməsi, Bolqarıstanın iqlimin qorunması strategiyasının həyata keçirilməsi və karbon emissiyalarının azaldılması istiqamətlərindəki səylərinə töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

70 yaşdan yuxarı insanlara kredit niyə verilmir?

Bu dövlət qulluqçuları güzəştli mənzil əldə edə bilərlər (VİDEO)

İlk özəl hava limanı iqtisadiyyata hansı dividendlər qazandıracaq?

"Nvidia"nın nəticələri bazarları alt-üst edəcək

Bill Qeytsin ən çox sərmayə yatırdığı şirkətlər - SİYAHI

Sabah hava necə olacaq?

Windows üçün ChatGPT tətbiqi indi hamı üçün əlçatandır

Durğunluq olsa da, ucuzlaşma gözlənilmir

Artur Rostronun saatı hərracda yüksək məbləğdə satıldı

Artur Rostronun saatı hərracda yüksək məbləğdə satıldı

Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb

ABŞ-da meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

MOM bu şirkətdən 1,2 milyon tibbi mallar alacaq

İki şirkət gömrük qaydalarını pozduğuna görə cərimələn bilər

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib (FOTO)

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib (FOTO)

Hökumət müdaxilə etdi, Çin iqtisadiyyatı dirçəlməyə başladı

Tramp administrasiyasının rəsmiləri Aİ-nı ABŞ-ın tarifləri artırmasına hazırlaşmağa çağırdı

Qubadlıda üzümçülük təsərrüfatı ilə bağlı 840 minlik layihə

“Falcom” şirkəti 25000 manat cərimələnə bilər

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

İlon Maskın "OpenAI" maaş tənqidi - 1500 işçiyə 1.5 milyard dollar

Amerikada yeni nazirliyə DOGE adı verildi, suallar doğdu

Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək - SİYAHI

Türkiyə "Amazon"un "Twitch" platformasını böyük məbləğdə cərimələyib

Federal Ticarət Komissiyasından "Microsoft"a qarşı böyük araşdırma

Mikayıl Cabbarov "Cisco"nun baş vitse-prezidenti Meri de Vısotski ilə görüşdü

DGK “Alco” şirkətini inzibati məsuliyyətə cəlb edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin