Energetika
16.11.2024 / 09:24
Dünya bazarlarında neft ucuzlaşıb, qaz bahalaşıb
59513
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 2,09% azalaraq 1 barelə görə 71,04 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 2,55% azalaraq 1 barelə görə 66,95 ABŞ dolları olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətində isə artım müşahidə olunub. Belə ki, ekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,44% artaraq 2,823 ABŞ dolları təşkil edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay