Neftin dünya bazarlarındakı qiymət artımı davam edir
ABŞ-da prezident seçkiləri öncəsi aylarla davam edən intensiv kampaniyadan sonra bazarda gərginlik yüksək olaraq qalır.
Neft, Orta Şərqdə artan gərginliklər və OPEC+ qrupunun təchizat məhdudiyyətlərini uzatmaq qərarının təsiri ilə dünənki seansı təxminən 3 faizlik artımla başa vurduqdan sonra yüksəlişini davam etdirib.
Valyuta.az xəbər verir ki, Brent markalı neftin bir bareli 75 dollardan yuxarı qalxdığı bir vaxtda ABŞ xam neftinin qiyməti də 72 dollara qədər yüksəlib.
“ING Groep NV” şirkətində əmtəə strateqiyası rəhbəri Uorren Patterson bildirib ki, OPEC+ qrupunun bu addımı "qrupun bazara gözləniləndən daha çox dəstək verməyə hazır olduğunu göstərir". Patterson əlavə edib ki, "Orta Şərqdəki gərginlik və Meksika körfəzindəki fırtınalar müəyyən qədər yuxarı istiqamətli risk yaradır, neft isə ABŞ-dakı seçkilərlə əlaqəli ümumi bazar dəyişikliklərinə qarşı həssasdır".
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay