Energetika
25.10.2024 / 15:49
“Brent” neftinin qiyməti bu il 80 dollar səviyyəsində olacaq - PROQNOZ
58242
Rusiyanın Mərkəzi Bankı 2024-2027-ci illər üçün “Brent” etalon markalı neftinin bir barelinin orta qiyməti üzrə proqnozunu yeniləyib.
APA quruma istinadən xəbər verir ki, Mərkəzi Bank 2024-cü il üçün “Brent” neftinin orta qiyməti üzrə proqnozunu 85 ABŞ dollarından 80 dollaradək endirib.
Buna baxmayaraq, Mərkəzi Bank gələn üç il üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu deyişməyib.
Proqnoza əsasən, 2025-cil ildə “Brent” neftinin orta qiyməti 80 dollar, 2026-cı ildə - 75 dollar, 2027-ci ildə isə 70 dollar səviyyəsində olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay