Energetika
14.10.2024 / 13:15
AÇG və “Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
57369
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2024-cü il tarixinədək 644,8 mln. ton neft (qaz kondensatı ilə birlikdə), 455,6 mlrd. kubmetr qaz hasil edilib.
Valyuta.az xəbər verir ki, hesabat dövründə AÇG-dən 597,2 mln. ton neft, 226,1mlrd. kubmetr qaz, “Şahdəniz”dən isə 47,6 mln. tona yaxın kondensat, 229,5 mlrd. kubmetr qaz çıxarılıb.
“Bu yataqlardan 01 oktyabr 2024-cü il tarixinədək 642,9 milyon ton neft (kondensatla birlikdə) və 163,9 milyard kubmetr qaz ixraca nəql edilib”, - məlumatda qeyd olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay