Energetika
09.10.2024 / 10:35
“Morgan Stanley”dən dördüncü rüb üçün neft qiymətləri - Proqnoz
57077
Morgan Stanley bu ilin dördüncü rübü üçün “Brent” markalı neftin qiyməti proqnozunu 80 dollara qədər artırıb.
Valyuta.az-ın xəbərinə görə, ABŞ investisiya bankı “Morgan Stanley” cari ilin dördüncü rübü üçün “Brent” markalı neftin qiyməti proqnozunu 75 dollardan 80 dollara qədər artırıb və bunu geosiyasi risklərin artması ilə izah edib.
Məlumata görə, “Morgan Stanley” tələbin gözlənildiyindən zəif olduğunu və təklifin güclü olduğunu qeyd edib. Bank həmçinin xəbərdarlıq edib ki, gələn il bazar genişlənən profisitlə üzləşə bilər.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay