ABŞ Energetika Nazirliyi neftin qiymətinə dair proqnozunu kəskin azaltdı
ABŞ Energetika Nazirliyi 2024-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 82,8 dollardan aşağı salıb.
Musavat.com nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına əsasən, xəbər verir ki, yeni proqnozda göstərici 80,89 dollardır.
2025-ci il üçün proqnoz daha əhəmiyyətli dərəcədə azaldılıb - 6,5 dollar: 84,09 dollardan 77,59 dollara qədər.
EIA-ya əsasən, sentyabrda Brent markalı neftin orta spot qiyməti 74 dollar təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 6 dollar azdır: “Qlobal tələbatın artımı ilə bağlı narahatlıqlar neft ehtiyatlarının azalması və OPEC+-un hasilatın artımını dekabr ayına qədər təxirə salmaq qərarını üstələyib”.
Bununla yanaşı, nazirlik etiraf edir ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi neft bazarlarına qeyri-müəyyənlik və qeyri-sabitlik gətirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay