Energetika
08.10.2024 / 19:47
Rusiya Avropa İttifaqına qaz tədarükündə ABŞ-ı necə qabaqlaya bilib?
56999
Enerjinin İnkişafı Fondunun direktoru Sergey Pikin bildirib ki, Rusiya üçüncü rübdə Amerika tərəfinin prioritetlərinin dəyişməsi səbəbindən Avropa İttifaqına qaz tədarükündə ABŞ-ı ötüb.
Valyuta.az xəbər verir bu haqda RİA Novosti yazıb.
“Bizim bazar payımız ilk növbədə Amerika tədarüklərinin daha sərfəli Asiya istiqamətinə yönləndirilməsi sayəsində artıb”, - o deyib.
İyul-sentyabr aylarında Rusiya Federasiyası Avropaya 13,3 milyard kubmetr, ABŞ 9,5 milyard kubmetr qaz göndərib. Rusiya şirkətlərinin Avropa idxalında payı dövr ərzində bir rüb əvvəlki 17,2 faizlə müqayisədə 19,4 faiz artıb.
Qeyd edək ki, ötən gün Ukrayna növbəti dəfə bəyan edib ki, Rusiya ilə tranzit müqaviləsinin müddəti bitdikdən sonra onu uzatmaq niyyətində deyil.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay