Neftin qiyməti hansı halda 100 dollara qalxa bilər? - Kayl Şostak
Amerikanın Navigator Principal Investors investisiya şirkətinin direktoru Kayl Şostak xəbərdarlıq edib ki, İran və İsrail arasında qarşıdurmanın açıq hərbi münaqişə mərhələsinə keçməsi neftin qiymətini bir barel üçün 100 dollara qaldıra bilər.
Valyuta.az xəbər verir ki, onun sözlərindən TASS sitat gətirir.
Müharibə uzun sürərsə, Fars körfəzi və Qırmızı dənizdə logistika vəziyyəti daha da pisləşəcək. Ekspert vurğulayıb ki, dünya üzrə neft daşımalarının 75%-dən çoxu dəniz yolunun bu hissəsindən keçir.
O, həmçinin İran neftinin həcminin bazardan düşmə ehtimalına da işarə edib ki, bu gün gündə təxminən 4 milyon barel və ya dünya tədarükünün 4%-ni təşkil edir. Bununla belə, Şostakın sözlərinə görə, Rusiya bu tədarükləri geri qaytara biləcək.
Yaxın Şərqdə artan gərginlik fonunda neft qiymətləri keçən həftə 9% artaraq son iki ilin ən böyük həftəlik artımına yaxınlaşıb. Brent avqustun 30-dan bəri ilk dəfə olaraq 78 dollara qalxıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay