Energetika
06.09.2024 / 16:08
“Günəşli” yatağında qalıq karbohidrogen potensialı yenidən qiymətləndiriləcək
55124
SOCAR və “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair Saziş imzalanıb.
SOCAR-dan verilən məlumata görə, sazişi SOCAR-ın “Azneft” İB-nin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.
Məlumata görə, sənəd “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay