BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
54354

Mingəçevir şəhərində “AzərEnerji” tərəfindən yeni tikilən, ölkənin ən böyük elektrik stansiyası üçün İtaliyadan gəmi vasitəsi ilə daha bir dəst turbin və generator gətirilib. Hər birinin çəkisi 300 tondan artıq olan turbin və generator Bakıda ağır tonnajlı kranlarla xüsusi qoşqulu daşınma vasitələrinə yüklənib. Yükün hündürlüyü 6 metr olduğundan Mingəçevirə qədər yol boyu körpülərin altı qazılıb və keçid təmin edilərək yollar bərpa edilib. Ümumi gücü 1880 meqavat olan yeni elektrik stansiyasında yerinə qoyulan avadanlıqların dərhal quraşdırılmasına başlanılıb. Yeni elektrik stansiyasında 4 ədəd turbin və generator olmalıdır ki, onlardan artıq üç dəsti gətirilib və son dəst turbin-generator da yaxın vaxtlarda ölkəyə çatdırılacaq.

Belə ki, İtalyadan yola çıxan sonuncu turbin, generator gəmi ilə gətirilir, gələn ay Bakıya çatdırılacaq. Çindən gələn 8 ədəd transformator isə artıq Bakıya çatdırılıb. Bundan başqa util qazanın hissələrindən ibarət sonuncu gəmi bir neçə günə Poti limanına çatacaq və avadanlıqlar Mingəçevirə daşınacaq.

Qeyd edək ki, gücünə görə ölkənin ən böyük elektrik stansiyası olacaq bu enerji obyekti son illərdə sürətlə yaradılan bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından xüsusi önəm daşıyır.

Belə ki, “AzərEnerji” tərəfindən yeni tikilən stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə hər kilovat saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kub metr təbii qaza qənaət ediləcək, eyni zamanda ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaq. Onu da nəzərə çatdıraq ki, BMT-nin İqlim Dəyişikliyi ilə bağlı əsas müddəaları arasında “yaşıl enerji” və enerjinin effektivliyi öndə gəlir. Yeni tikilən stansiyası da bu cəhətdən olduqca əhəmiyyətlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin