SOCAR "Qazprom"u əvəz edə bilər - "Naftoqaz"ın əsas şərti nədir?
Ukrayna "Qazprom"la tranzitin uzadılması ilə bağlı danışıqlar aparmır, lakin artıq Avropaya qaz tranzitini təmin etməyə hazır olan şirkət məlumdur.
Valyuta.az xəbər verir ki, bu barədə "Naftoqaz-Ukrayna" şirkətinin baş direktoru Aleksey Çernışov "NV Business"ə müsahibəsində bildirib.
O qeyd edib ki, SOCAR istehsalçı kimi öz qazını təklif edə bilər.
"Təşəbbüs Azərbaycan tərəfdən olub. “Qazprom”la müqavilə bu il başa çatır. Müharibə dövründə bunu uzatmaq fikrində deyilik. Bundan əlavə, iki senari mümkündür - ya tam dayanma, ya da Avropa İttifaqında müştərilər üçün müəyyən çatdırılma həcmini təmin edəcək alternativ təchizatçılar və sahiblər modeli", deyə Çernışov bildirib.
"Aydındır ki, boru Ukraynaya Rusiyadan daxil olur. Və tranzitin yeganə yolu budur. Əsas müddəa odur ki, bizim "Qazprom"la işləməyimiz mümkün deyil. Heç bir halda. Biz "Qazprom"la tranzitin uzadılması ilə bağlı danışıqlar aparmırıq. SOCAR ilə potensial əməkdaşlıq müəyyən üstünlüklər verir. Azərbaycan Avropa bazarına çıxmaq arzusunda olan əsas təbii qaz istehsalçısıdır", deyə o, Ukraynanın Azərbaycanla sərhədinin olmamasından, yəni qazın Rusiya ərazisindən keçəcəyindən danışaraq qeyd edib.
"Bu, SOCAR-ın işidir. Əsas odur ki, onlarda bu həcmdə qaz var", deyə müqavilə imzalanacağı təqdirdə rusiyalılarla kimin danışıqlar aparacağı barədə danışan Çernışov qeyd edib.
"Biz digər şirkətlərlə, SOCAR-la danışıqları istisna etmirik. Amma bizim yekun müqavilə qərarlarımız yoxdur. Bizim tərəfimizdən əməkdaşlığın ilkin şərti SOCAR-a qazın Ukraynanın anbarlarında saxlanması təklifidir. SOCAR bizdə qazını saxlasa, şad olaram. Anbarlarımız Avropanın ən böyüyüdür, 31 milyard kubmetr həcmindədir. Öz ehtiyaclarımız üçün bunu yarısından azı lazımdır. Qalanları isə icarəyə verilməli, işlədilməli və gəlir gətirməlidir. Həmçinin, anbarlarımızda qazın daha çox olması təzyiqi yaxşılaşdırır", deyə Çernışov qeyd edib.
"Strateji baxımdan Ukrayna qaz ixracatçısı olmağa çalışmalıdır. Bunun üçün isə bizə qaz nəqli sistemi lazım olacaq", deyən Çernışov qeyd edib ki, qaz nəqli sisteminin saxlanması ildə bir milyard dollara başa gəlir: "Hazırda qaz nəqli sistemi tranzitlə aldığımız vəsait hesabına saxlanılır. Yanacağın tədarükü dayanarsa, kimsə bu maliyyəni təmin etməlidir. Çünki istənilən halda biz bunu dəstəkləməliyik".
Qeyd edək ki, Rusiya qazının Avropaya tranziti ilə bağlı müqavilə 2019-cu ilin sonunda Ukrayna və "Qazprom" arasında imzalanıb. "Yüklə və ya ödə" düsturundan istifadə etməklə 31 dekabr 2024-cü il tarixinədək qüvvədədir. "Qazprom" 2021-2024-cü illərdə Ukraynanın qaz nəqli sistemi vasitəsilə tədarük olunan qazın faktiki həcmlərindən asılı olmayaraq ən azı 40 milyard kubmetr qazın vurulmasına görə ödəniş etməyə borcludur.
20 dekabr 2023-cü il tarixində Avropanın enerji məsələləri üzrə komisarı Kadri Simson Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılacağını və hələ də Rusiyadan qaz istehlak edən Aİ-yə üzv ölkələrin bazardakı dəyişikliklərə hazırlaşmalı və istehlakı azaltmağa başlamalı olduğunu bildirib.
Nizami Bağırov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay