Azərbaycanda bu ilin ikinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
Bu ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasıyasının (EIA) hesabatında bildirilib.
Hesabata əsasən, bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel təşkil edib.
Bildirilir ki, 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub. Bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay